Şübhəsiz ki, Sizləri beyinlərinizdən istifadə edəsiniz deyə yaratdıq.

13 Mayıs 2016 Cuma

Şübhəsiz ki, Sizləri beyinlərinizdən istifadə edəsiniz deyə yaratdıq.


Normal bir insan bir şeyi həyata keçirmək üçün çalışır ki, düşünsün, daha doğrusunu beynini, beynin içindəki hüceyrələri işə salsın. Bu da hər insanda olmur. Məsələn, təsəvvür edək ki, dünyada 7 milyon var və hər bir insana beyin verilib. Amma insanların 60%-i beyinlərindən normal istifadə edə bilmir. Qalan 40% isə sanki bu dünyadan deyil. Şübhəsizdir ki, bu insanlarda müəyyən kriteriyalar mövcuddur. Bu kriteriyalar isə müxtəlifdir: havayı yerdən pul qazanmaq, işləmədən qabağa düşmək və s.
Varlı insanların çoxu düzdü, işləmədən, "qondarma" yolla varlanırlar. Lotodan pul udanlarda etiraf edək ki, bəxt, şans böyük rol oynayır. Amma bir növ insanlar var ki, bunlar personalardır. Məsələn, Bill Qeyts, Mark Zükerberq, Sergey Brin, Lari Peyc və s. Bu insanlar sizlərə tanış simalardır. Azərbaycanda da bu kimi şəxslər kifayət qədərdir. Məsələn, Vahid Ələkbərov, AST Telman (Telman İsmayılov), Mübariz Mənsimov.
Sadaladığım insanlar çalışaraq, əziyyət çəkərək, bu səviyyəyə gəlib çatıblar. Niyə də bizdə olmasın? Biz də düşünüb addım atmalıyıq. Daha doğrusu, ayağımızı yorğanımıza uyğun uzatmalıyıq.
İnsanlar çalışmalıdılar ki, bir şeyi edəndə dərindən fikirləşməlidirlər. Fikirləşməmiş addım atmaq zəkaya xələl gətirə bilər, əgər varsa. Çalışıb, düzgün hərəkət etmək lazımdır. "Mus-Mus deyincə, Mustafa demək lazımdır" kəlməsi bu əsnada yerinə düşər. Çünki Mustafa deyən şəxs, düşünüb, fikirləşib, deyir. Çünki o əvvəllər bir işi görəndə daima düşünüb, edir. Siz də onlardan olun! Çalışın, düşünün! Düşünün ki, həyatda olduğunuzu hiss edəsiniz! Sizlərə, ən çox da beyinlərinizə uğurlar! Elə mənə də! Xudahafiz, növbəti bloqlarda görüşənədək!

Hiç yorum yok:

Yorum Gönder

 
Copyright © 2016. Zeynal Zeynallı Rəsmi Bloqu.
Design by Herdiansyah Hamzah. & Distributed by Free Blogger Templates
Creative Commons License